İqtisadiyyat

Suvarma mövsümünə hazırlıq yekunlaşıb - VİDEO

13 Aprel 2021 12:09
Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda suvarma mövsümünə hazırlıq işləri yekunlaşıb. Hazırlıq əsnasında İsmayıllı Suvarma Sistemləri idarəsi tərəfindən torpaq məcralı kanallar texnikalar vasitəsi ilə lildən təmizlənib, suvarma suyunun maneəsiz axını təmin edilib. İdarə rayonda 8833 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması isə 288 kilometr uzunluğunda olan kanallarla reallaşdırılır.

Milli.Az REAL TV-yə istinadən xəbər verir ki, İsmayıllı rayonu dağlar qoynunda yerləşdiyindən bu rayondan 5 ədəd gursulu çay keçir. Çaylar yaz və payız aylarında daşqın və sel zamanı əkin sahələrinə və yaşayış evlərinə ziyan vurur. Ancaq görülən qabaqlayıcı tədbirlər nəticəsində belə problemlərin qarşısı alınır.

Qeyd edək ki, İsmayıllıda çay məcralarının təmizlənməsi və sahilbərkitmə işləri çərçivəsində Talıstançayda, Girdimançayda, Cülyançayda, Göyçayçayda və Axoxçayda buldozerlərlə 72000 kubmetr, ekskovatorlar vasitəsi ilə isə 34000 kubmetr sahilbərkitmə işləri görülüb. Bundan başqa kanalların üst hissəsi 23000 kubmetr hissədə buldozerlərlə hamarlanıb. Suvarma kanallarında isə 40000 kubmetr hissə lildən təmizlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.