İqtisadiyyat

Dövlət hesabına verilən ipoteka kreditlərinin məbləği açıqlandı

20 Noyabr 2025 18:57
Baxış: 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günə qədər Azərbaycanda dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin məbləği 3,7 milyard manat təşkil edib.

Bu barədə Milli.Az-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Məlumata görə, bunun 1 milyard 16 milyon manatı güzəştli ipoteka kreditlərinin payına düşür.

Qeyd edilib ki, 2020-ci ildən başlayaraq ölkədə satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara kirayə mənzillər təqdim olunur. Ötən dövrdə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib.

İndiyə qədər Fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə 64 647 ailənin mənzil şəraiti yaxşılaşıb. Bu çərçivədə 56 190 ipoteka krediti verilib və 8 457 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdıranların 70 faizə yaxını gənclər və gənc ailələrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.