İqtisadiyyat

Rusiyadan idxal edilən bu məhsullarda xəstəlik aşkarlandı

24 Fevral 2021 12:34
Baxış: 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyada fəaliyyət göstərən "PECYPC-ЮГ" MMC tərəfindən istehsal olunan və "AZFOOD COMPANY" MMC tərəfindən ölkəmizə idxal edilən 9.97 ton dondurulmuş toyuq dərisi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş toyuq dərisi məhsullarının zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.