İqtisadiyyat

Nazir müavini Hindistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatırımları barədə

23 Yanvar 2020 20:31
Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Azərbaycanda hind kapitalı ilə 230 şirkət fəaliyyət göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Hindistanın Respublika gününə həsr olunmuş tədbirdə deyib.

R.Həsənov bildirib ki, Azərbaycanla Hindistanın tarixi mədəni əlaqələri var. Hindistanın vitse-prezidentinin ötən il Bakıda Qoşulmama Hərəkatının toplantısında iştirakı və keçirilmiş ikitərəfli görüşlər münasibətlərin inkişafında mühüm rol oynayıb.

Nazir müavini Hindistanla Azərbaycan arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini də qeyd edib:

"Birgə hökumətlərarası komissiya çox uğurlu fəaliyyət göstərir. Ötən il Azərbaycanla Hindistan arasında ikitərəfli ticarətin həcmi 1,1 milyard dollar olub. Hazırda Azərbaycanda hind kapitalı olan 230 şirkət fəaliyyət göstərir. Hindistan şirkətləri bu günə qədər Azərbaycan iqtisadiyyatına 1,2 milyard dollar sərmayə qoyub. Azərbaycan və Hindistanın nəqliyyat sektorunda da ümumi maraqları var. İki ölkə malların Avropaya daha qısa müddətdə və ənənəvi marşrutlardan daha aşağı qiymətlərlə çatdırılacağı Şimal-Cənub dəhlizi layihəsində iştirak edir. Enerji sahəsində də əlaqələr sürətlə inkişaf edir. Energetika sahəsində də əlaqələr sürətlə inkişaf edir. Hindistanın "ONGC Videsh" şirkəti Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft və qaz yataqları blokunun işlənməsində paya sahibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.