Ankarada “Qafqaz və Orta Dəhlizin Gələcəyi” paneli keçirilib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfi (TÜRKPAV) əməkdaşlığı ilə "Qafqaz və Orta Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusunda panel Ankarada baş tutub.
Milli.Az xəbər verir ki, Memar Kemaleddin Konfrans Salonunda keçirilən tədbirdə Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal, Azərbaycanın Ankaradakı səfirliyinin missiya rəhbərinin müavini - müşavir Eldar Əliyev, Türkiyə Böyük Millət Məclisinin Bayındırlıq, İmar, Ulaşıma və Turizm Komissiyasının sədri, AK Parti Trabzon millət vəkili Adil Karaismailoğlu, Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli, Azərbaycan Beynəlxalq Münasibətlər və Təhlil Mərkəzinin eksperti Fuad Abdullayev, Azərbaycan Dövlət Televiziyasının redaktoru Mahir Qəribov və çox sayda qonaq iştirak edib.
"Əsas məqsədimiz Türk dünyasının birliyini təmin etməkdir"
Azərbaycan səfirliyinin müşaviri Eldar Əliyev çıxışında bildirib ki, Azərbaycan tarixən Türkiyə ilə Orta Asiya arasında körpü rolunu oynayıb:
"Azərbaycan və Türkiyə müstəqillikdən bu yana həyata keçirdikləri bütün layihələrdə birləşdirici rol oynayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Bu regionun əhəmiyyəti xüsusilə son günlər müzakirə olunan Zəngəzur dəhlizi ilə daha da artıb."
O, Zəngəzur bölgəsinin tarixən Azərbaycan türklərinin yaşadığı ərazi olduğunu xatırladaraq bildirib ki, bu dəhlizin açılması Azərbaycanla Türkiyə arasında üçüncü ölkədən keçmədən birbaşa əlaqənin bərpası deməkdir:
"Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Əsas məqsədimiz Türk dünyasının bütövlüyünü təmin etməkdir."
Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli çıxışında Qafqaz regionunun Avropa və Asiya arasında strateji körpü olduğunu vurğulayıb:
"Qlobal ticarət yolları dəyişir. Orta Dəhliz bu prosesdə bölgənin əhəmiyyətini daha da artırır. Bu dəhliz yükdaşımaları sürətləndirir, təhlükəsizliyi artırır, logistika və xidmət sektorunun inkişafına təkan verir."
O, bildirib ki, Orta Dəhliz həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:
"Enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün prioritetdir və Cənubi Qafqaz bu strategiyada əsas halqadır. Region yalnız tranzit ərazi deyil, həm də beynəlxalq iqtisadi əməkdaşlıq üçün mühüm platformadır."
Sahil Kərimli Azərbaycanın Türkiyə ilə siyasi və iqtisadi sahədə dərin əməkdaşlığına da toxunub: "Hər sahədə bir-birimizin yanındayıq."
"Vacib yol xəritəsi formalaşdırılıb"
Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal çıxışında panel iştirakçılarının bu sahədə dəyərli fikirlər səsləndirəcəyini bildirib:
"Qafqaz və Türk dünyasının gələcəyi, energetika, nəqliyyat və iqtisadi əməkdaşlıq mövzularında çox önəmli müzakirələr aparılacaq. Tarixi proseslər unudulmamalıdır. Türkiyə və Azərbaycan bu gün dövlət başçılarının ortaq vizyonu ilə çox mühüm yol xəritəsi formalaşdırıblar. Bu əməkdaşlığın davam edəcəyinə inanıram."
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
XƏBƏR LENTİ
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı





