Sizə "POS-terminalımız işləmir, kartdan karta atın" deyirlərsə... - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin bəzi hallarda POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirildiyi müşahidə olunur.
Bu barədə Milli.Az-a Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd olunub ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir:
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında" qanuna əsasən, istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.
Eyni zamanda, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyənləşdirilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib".
Xidmətdən verilən məlumata görə, dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib:
"Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur".
"Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır", - deyə məlumatda qeyd olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə tədarük göndərilib
-
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
XƏBƏR LENTİ
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Polis ötən gün 73 cinayətin üstünü açdı - 121 nəfər saxlanıldı
-
Xırdalanda 1 yaşlı körpə 7-ci mərtəbədən yıxılaraq öldü
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
-
Avqustun son günlərində pulları artacaq 3 bürc - Siyahı
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Mehmet Ali Erbilin son halı müzakirə yaratdı - (Foto)
-
Bu gün Naxçıvanda qaz olmayacaq
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Rahim Sterlinq həbs oluna bilər
-
Bakıda yanğın: 36 yaşlı kişi öldü - (Video)
-
Məşhur türk serialı ilə bağlı qərar verildi
-
Niderlandlı ulduz "Beşiktaş"a transfer olundu
-
Koçaryanın oğlu həbs olundu
-
“Dizim ağrıyır, yağış yağacaq” - Bu, doğrudanmı mümkündür?
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”





