Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu yaxınlarda ölkənin sement sənayesinin aparıcı şirkətləri "Norm" ASC, Holcim Azərbaycan ASC, Arkoz Sement və Reges Sement bir araya gələrək Azərbaycan Sement İstehsalçıları Assosiasiyasını (ASİA) təsis ediblər.
6-7 may tarixlərində assosiasiyanın "Xalis Sıfır Sürətləndirici" (Net Zero Accelerator) təşəbbüsü ilə bağlı ilk tədbiri baş tutub. İkigünlük tədbir seminarlar şəklində təşkil olunub və CO2 emissiyalarının azaldılmasının bütün dəyər zənciri boyunca aparılması, eləcə də bu sahədə qanunvericilik və tənzimləmələrin müzakirəsi üçün ayrı-ayrı sessiyalara beton istehsalçıları, inşaat şirkətləri, müxtəlif dövlət qurumları və qeyri-hökümət təşkilatlarından nümayəndələr dəvət olunublar. Tədbir boyunca geniş müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub və təkliflər nəzərdən keçirilib.
Tədbirin ilk günündə assosiasiya üzvləri ilə Avropanın nüfuzlu sement tədqiqatı üzrə qurumu olan ECRA (European Cement Research Academy) arasında Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində Azərbaycan sement sənayesi üçün "Xalis Sıfır Yol Xəritəsi"nin hazırlanması, iqlim dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya), həmçinin dayanıqlı inkişaf və emissiyaların azaldılması strategiyaları ilə bağlı biliklərin, mövcud resursların və ən yaxşı təcrübələrin mübadiləsi nəzərdə tutulur. Yol xəritəsinin hazırlanması, hədəflərin təyin olunması və strategiyaların müəyyən edilməsi üçün yerli sənayenin mütəxəssisləri iqlim dəyişikliyi üzrə beynəlxalq ekspertlərlə və müvafiq dövlət qurumları ilə birlikdə işləyəcəklər. Bu yolda dövlət siyasəti rəhbər tutulmaqla, Avropa Sement Tədqiqatı Akademiyasının və Qlobal Sement və Beton Assosiasiyasının elmi-praktiki təcrübələrindən istifadə olunacaq.
Təşəbbüs çərçivəsində şirkətlər sement və beton sektorunda CO2 emissiyalarının azaldılmasına imkan verən irəli texnologiyaları tətbiq edəcək, eləcə də sənayenin karbonsuzlaşdırılması cəhdlərinin həyata keçirilməsi üçün lazımi dəstəyin təmin olunmasına çalışacaqlar.
"Xalis Sıfır Sürətləndirici" təşəbbüsü Azərbaycanın sement sənayesi iştirakçılarının dayanıqlı inkişafa sadiqliyini və onların ekoloji cəhətdən məsuliyyətli təcrübələrin sınaqdan keçirilməsinə verdiyi yüksək əhəmiyyəti nümayiş etdirir. Qlobal Sement və Beton Assosiasiyasının rəhbərlik etdiyi təşəbbüsə qoşulmaqla, ASİA üzvləri Azərbaycanın qlobal iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə vermiş olacaqlar.
Qeyd edək ki, ölkənin aparıcı sement şirkətləri bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-u da əlverişli fürsət kimi dəyərləndirirlər və davamlı əməkdaşlıq etməklə, mühüm ekoloji hədəflər üzrə strateji planlaşdırmaları həyata keçirmək niyyətindədirlər.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
XƏBƏR LENTİ
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)





