İqtisadiyyat

Bakıda yeni duz zavodu bu ay açılacaq

21 May 2010 16:36
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azersun holding" şirkətlər qrupu ilə "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) dövlət ASC-nin iştirakı ilə 7 ha sahədə tikilən yeni zavod əhalinin xörək duzuna olan ehtiyacını ödəyəcək. Xörək duzuna illik tələbat 25 min tondur. Bu gün tələb yerli istehsalçıların, Ukrayna, Türkiyə və Rusiya tədarükçülərinin hesabına təmin edilir.

Masazır qəsəbəsində yerləşən zavod Masazır gölündən çıxarılan duzdan istifadə edəcək. Sonra Türkmənistandan da xammal gətiriləcək. Zavod gündə 200 ton, ildə isə 30 min ton yodlaşdırılmış duz istehsal edə biləcək.

Zavodun tikintisinə 7 mln avro vəsait sərf edilib. "Azersun Holding" və AİŞ-in bu məqsədlə yaradılan "Duz emalı üzrə Azərbaycan İstehsalat Birliyi"ndə payı 75% və 25%-dir.

Müəssisənin avadanlığı İsveçrədən (Euroterm şirkəti) gətirilib. Tikinti işlərinin podratçısı Inova şirkətidir (Türkiyə).

/Turan/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.