İqtisadiyyat

Özəl təhsil sahəsində yeni assosiasiya yaradılıb

2 İyun 2022 12:44
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özəl təhsil sahəsində yeni assosiasiya - Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb.

Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasından bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış assosiasiyanın məqsədi Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təmin etmək, ölkəmizdə özəl təhsil sektorunun və yüksək rəqabətli insan kapitalının inkişafına töhfə verməkdir.

Assosiasiya özəl təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, sektorun rəqabətliliyini təmin etmək məqsədilə özəl təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, ümumi bazar payının və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin arıtılması üçün bazar araşdırması, sektoral tədqiqatlar, təlimlər həyata keçirəcək, kadr hazırlığının təmin olunmasına dəstək göstərəcəkdir. Assosiasiya bu tədbirlərin reallaşdırılması üçün dövlət və qeyri-dövlət qurumları ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.

Hazırda assosiasiyanın 20 üzvü var. Assosiasiya digər özəl təhsil müəssisələrini də birgə əməkdaşlığa dəvət edir.

Qeyd edək ki, mayın 31-də KOBİA-nın dəstəyi və Agentlik yanında İctimai Şuranın təşkilatçılığı, eləcə də təhsil naziri Emin Əmrullayevin, müvafiq dövlət qurumlarının və özəl təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı ilə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının təqdimatı keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.