İqtisadiyyat

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur

4 Dekabr 2025 16:45
Baxış: 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha da gücləndirilməsini rəsmiləşdirərək, beynəlxalq miqyasda ən qabaqcıl standartlardan biri olan ISO/IEC 27001:2022 sertifikatı üzrə uyğunluğunu təsdiqləyib. Bu nailiyyət bankın rəqəmsal ekosisteminin və müştəri xidmətlərinin müasir kibertəhlükələrə qarşı ən yüksək səviyyədə müdafiə olunduğunun təkzibolunmaz göstəricisidir.

Bu standartın tətbiqi ilə bank qlobal tələblərə uyğun şəkildə sistemli, risk-əsaslı və davamlı təkmilləşmə prinsipi üzrə fəaliyyət göstərir. ISO/IEC 27001:2022 çərçivəsinə uyğun formalaşdırılan bu idarəetmə modeli məlumatların qorunması, kiberrisklərin proaktiv şəkildə idarə olunması və müştəri məxfiliyinin yüksək səviyyədə təmin edilməsinə xidmət edir.

Bankın daxili proseslərinin beynəlxalq təhlükəsizlik yanaşmaları əsasında optimallaşdırılması müştərilər üçün etibarlı, dayanıqlı və fasiləsiz rəqəmsal xidmət mühitinin yaradılmasına xidmət edir. Bu sertifikat bankın informasiya təhlükəsizliyinə olan yanaşmasının cari tələblərə uyğunluğu ilə yanaşı strateji və uzunmüddətli inkişaf prioritetinin vacib hissəsi olduğunu da nümayiş etdirir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.