Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada çətin vəziyyət yaşanır. 2026-cı ildə iqtisadi vəziyyətin daha da çətinləşəcəyi ehtimal olunur. Bir sıra ölkələrdə yaranan böhran vəziyyətinin Azərbaycana necə təsir edəcəyi hələlik məlum deyil.
Lakin, çətinliklərə baxmayaraq bütün dünyada restoranlar, ticarət mərkəzləri, telefon mağazaları "ağzına kimi doludur". Demək olar ki, hər 10 nəfərdən 8-nin əlində "iPhone" var. Yay tətilini hamı xarici ölkədə keçirməyə can atır.
Çoxları bu halı rifah göstəricisi hesab etsə də, əslində əlaqəsi yoxdur. Əksinə, böhran vəziyyətlərində yaranan vəziyyətlərdən biridir. Belə ki, iqtisadiyyatda "lipstick" effekti adlandırılan anlayış var. İngilis dilindən tərcümədə dodaq boyası mənasını verən bu anlayış məhz yaranmış belə vəziyyətləri təcəssüm etdirir.
"Lipstick" effekti iqtisadiyyatda müşahidə edilən davranış modelidir. Bu anlayış insanların çətin dövrlərdə böyük xərclərdən (ev, maşın ) qaçıb daha kiçik və sərfəli məhsullara üstünlük verməsini izah edir. Yəni ümumi iqtisadi vəziyyət zəifləyəndə insanlar özlərini daha yaxşı hiss etmək üçün bahalı olmayan lakin zövq verən kiçik alışlar edirlər.
Bu fenomen adını dodaq boyasından alır. Çünki iqtisadi çətinlik dövrlərində belə kosmetik məhsullara, xüsusilə də dodaq boyasına tələbatın azalmadığı müşahidə olunub. İnsanlar daha baha məhsullar əvəzinə özlərini sevindirmək üçün daha əlçatan seçimlər edir və bunu psixoloji rahatlıq vasitəsi kimi istifadə edirlər.
"Lipstick" effekti istehlak vərdişlərinin yalnız maddi imkanlarla deyil emosional ehtiyaclarla da əlaqəli olduğunu göstərir. Bu səbəbdən iqtisadçılar bu effekti insanların motivasiyasını anlamaq üçün mühüm bir göstərici kimi qiymətləndirir. Bu model həm də böhran dövrlərində hansı sektorların daha dayanıqlı ola biləcəyini göstərməsi ilə diqqət çəkir.
Eləcə də, bu məqamda ikinci bir anlayış da ortaya çıxır: Status anksiyetesi. Bu sosial fenomen bəzi insanları maddi çətinlik içində olsalar belə bahalı geyimlərə və görünüşə üstünlük verməyə sövq edir. Bu davranışın kökündə başqalarının fikrinə həddindən artıq önəm vermək və sosial dəyərin yalnız xarici görünüşlə ölçüldüyünə inanmaq dayanır. İnsan öz real ehtiyaclarını ikinci plana keçirir və cəmiyyətin gözündə güclü görünmək istəyir.
Bu vəziyyətdə bahalı geyimlər və imic bir növ psixoloji dayaq rolunu oynayır. İnsan düşünür ki zahiri görünüşü nə qədər təsirli olsa başqalarının hörmətini və qəbulunu qazanmaq daha asan olacaq. Lakin bu cəhd maddi imkanlarla uyğun gəlmədikdə daxili narahatlıq yaradır və stressi artırır. Sosial müqayisə tələsi insanı öz dəyərini yanlış meyarlarla ölçməyə aparır.
Bu dövrü keçmək üçün insan öz diqqətini başqalarının fikrindən uzaqlaşdırmalı və əsas ehtiyaclarına fokuslanmalıdır. Özünə dəyər yalnız geyim və maddi göstəricilərlə müəyyən edilmir. Həyat keyfiyyəti üçün daha real seçimlər etmək həm psixoloji rahatlıq gətirir həm də insanın özünə münasibətini daha sağlam şəkildə formalaşdırır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
XƏBƏR LENTİ
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)





