Siyasət

Prezident İlham Əliyev: Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək

12 Mart 2026 11:01
Baxış: 200

Boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir.

Milli.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, hazırda ixracın həcmi artır və bu, belə də davam edəcək. Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amilidir. Beynəlxalq bazarlara, ümumiyyətlə, təchizatçı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək./AZƏRTAC

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.