Cəmiyyət

“Məmməd Süleymanov” gəmisi “Qoşadaş” sahəsində tədqiqat işlərinə cəlb olunub

12 Mart 2026 12:21
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Məmməd Süleymanov" mühəndis-geoloji gəmisi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qoşadaş" sahəsində həyata keçirilən dəniz dibi tədqiqatlarında iştirak edir.

Milli.Az xəbər verir ki, işlərə başlamazdan əvvəl gəmi Qaradağ limanında layihəyə hazırlıq məqsədilə müvafiq avadanlıqlarla təchiz olunub.

"Məmməd Süleymanov" gəmisi dənizin kontinental şelfində stasionar hidrotexniki qurğuların tikintisinin və üzən qazma qurğuların nöqtəyə qoyulmasının təmin edilməsi məqsədilə dəniz dibinin mühəndis-geoloji tədqiqatlarının aparılması və mühəndis-geoloji planının hazırlanması üçün nəzərdə tutulub.

Gəmi vasitəsilə dənizin 300 metrədək dərinliyində çöküntü süxurlarının yuxarı qatının geoloji quruluşu seysmoakustik metodlarla, həmçinin qurunt nümunələri götürülməklə öyrənilir.

"Məmməd Süleymanov" gəmisinin uzunluğu 45 metr, eni 9 metr, bortunun hündürlüyü isə 5 metrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.