Regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirib.
Suverenliyimiz, ərazi bütövlüyümüzün bərpasının gündəliyimizin əsas yerində dayandığını söyləyən dövlətimizin başçısı qeyd edib: "Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində yaşayırıq. Bu, bir daha onu göstərir ki, sülhə nail olmaq üçün zəruri olan güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir sadiqlik var".
Milli.Az





