İqtisadiyyat

BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

15 Aprel 2022 20:48
Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 6,675 milyon ton neft nəql olunub.

Milli.Az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 77,2 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 8,642 milyon ton neft nəql edilib.

Yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,202 milyon tondan çox tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.