Uşaq və Gənclər Teatrının Vətən müharibəsində iştirak etmiş aktyorları ilə görüş keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən Müharibəsinə könüllü qatılan əsgərlərimiz sırasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrının aktyoru olan qazilərimiz Qurban Əhmədov və Röyal Allahverdiyev də var.
Teatr səhnəsində vətənpərvərlik ruhlu tamaşalarda uğurla çıxış edən aktyorlarımız bu dəfə hərb meydanında cəsarət nümunəsinə çevriliblər.
Baş İdarənin tabeliyində olan mədəniyyət müəssisələrinin nümayəndələri Bakı Uşaq və Gənclər Teatrında Qazilərimizlə görüşüblər.
Görüş zamanı Teatrın direktoru və bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltan qazilərimiz haqqında məlumat verib, onların vətənpərvər övlad, istedadlı aktyor və yaxşı həmkar olduqlarını vurğulayıb.
Bakı Uşaq və Gənclər Teatrının aktyoru Qurban Sərvət oğlu Əhmədov 21 sentyabrdan könüllü surətdə səfərbərliyə cəlb olunub. O, ilk günlər Ağdam, Ağcabədi istiqamətində, daha sonra 1 ay Füzuli istiqamətində gedən ağır döyüşlərdə mərdliklə vuruşub. Ən ağır döyüşlərin Qırmızıbazar istiqamətində getdiyini qeyd edən Qazi Füzuli meşələrində olan beton sədləri yarmaqda, Hadrut, Xocavənd, Tuğ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Cəbrayıl və Qubadlı ərazisində vuruşan Qurban, qələbə xəbərini Qubadlıda alıb. Qalib əsgərimizin ən böyük arzusu döyüş yolu keçdiyi Vətən torpaqlarımızı qalib ölkənin vətəndaşı kimi gəzməkdir.
Röyal Ramiz oğlu Allahverdiyev Vətən müharibəsinə könüllü gedib, artilleriyaçı kimi Suqovuşanın, Füzulinin alınmasında iştirak edib. Füzulinin Aşağı Veysəlli kəndi, Cəbrayıl rayonu, Tuğ kəndində döyüş əməliyyatlarında, sursat daşınmasında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Allahverdiyev Röyal Ramiz oğlu "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Qazilərimizin söhbəti, onların Vətən eşqi və amallarına sadiqlikləri hər zaman qürur doğurur. Onlarla fəxr edir və istedadlı gənclərimizə yeni-yeni uğurlar arzulayırıq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
XƏBƏR LENTİ
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)





