Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışının artırılması məqsədilə "Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları"nda tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər, eləcə də şəxsi mənzilində və ya digər müvafiq məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər müraciət edə bilərlər.
Müraciət edən şəxslərdən minimum tam orta təhsil səviyyəsi, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Namizədlər xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, təqdim etdikləri məkan isə təhlükəsizlik və sanitariya-gigiyena normalarına cavab verməlidir.
Təlim qruplarında 4-8 nəfər uşaq iştirak edəcək. Qrupların fəaliyyəti həftədə 4 gün, gündə 2-2,5 saat olmaqla təşkil ediləcək. Tədris prosesi oyunəsaslı və məktəbəhazırlıq yönümündə aparılacaq. Qrupların fəaliyyəti mentor və metodistlər tərəfindən mütəmadi dəstəklənəcək və monitorinq olunacaq.
Qeyd edək ki, qeydiyyat üçün son tarix sentyabrın 23-dür. Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etmək istəyən şəxslər linkdə qeydiyyatdan keçə bilərlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı





