Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə qızının saç kəsimini bəyənməyən qadın müştəri kütləvi davaya səbəb olub.
Milli.Az xəbər verir ki, saç kəsimini bəyənməyən qadın salon əməkdaşı ilə mübahisə edib.
Bir müddət sonra onun qohumları salona gələrək obyektin sahibi Duygu Mertlə mübahisə ediblər. Mübahisə qısa müddətdə davaya çevrilib.
Salon sahibi Duygu Mert iddia edib ki, bir neçə qadın onu yerə yıxaraq təpikləyib, saçından tutub sürüyüb və bütün bunlar övladının gözü qarşısında baş verib.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Duygu Mert bildirib ki, ona 4-5 nəfər hücum edib, salonun əşyalarına da ziyan vurulub. O, xəstəxanada müayinədən keçərək xəsarətləri ilə bağlı rəsmi arayış alıb və polisə şikayət edib.
Salon sahibinin sözlərinə görə, ilk mübahisə zamanı müştəri işçilərdən birini təhqir edib. Mübahisənin böyüməməsi üçün müştəriyə pulunun qaytarılması təklif olunub. Daha sonra həmin əməkdaşın işinə son verilib.
Duygu Mert bildirib ki, müştəri ailəsinə salonda döyüldüyünü deyib. Bundan sonra qadının ailə üzvləri və qohumları obyektə gəliblər.
Salon sahibinin iddiasına görə, daha sonra təxminən 10 qadın yenidən salona daxil olaraq ona hücum edib. Onlardan biri masanı onun üzərinə atıb, digərləri isə saçından tutaraq döyüblər.
"Bir qrup məni döyürdü, digərləri isə salonu dağıdırdı. Hamısı uşağımın gözü qarşısında baş verdi. Qulağımdan zərbə aldıqdan sonra huşumu itirmişəm və xəstəxanaya aparılmışam", - deyə Duygu Mert bildirib.
Hadisənin təhlükəsizlik kameraları tərəfindən qeydə alındığı bildirilir. Polis məsələ ilə bağlı araşdırma aparır. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı





