"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda şagirdlərin məktəbdənkənar əlavə dərslərə müraciət etməsi artıq geniş yayılıb. Şagirdlərin əlavə bilik əldə etməsi, imtahanlara hazırlaşması baxımından repetitor xidmətlərinə tələbat artır. Xüsusilə qəbul və buraxılış imtahanlarına hazırlıq dövründə bir çox ailə övladının fərdi qaydada əlavə dərs almasına üstünlük verir. Hazırda gündəmdə olan məsələlərdən biri də bu xidmətlərin qiymətləridir. Araşdırmalarımıza görə, repetitorluq fəaliyyətində aylıq ödənişlər bir fənn üzrə 60-130 manat arasında dəyişir. Özünü "bunker müəllim" adlandıran və yüksək nəticə vəd edən bəzi müəllimlərdə isə qiymətlər daha yüksəkdir.
Bununla yanaşı, repetitorluğun təhsil sistemindəki rolu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Əlavə məşğələlər bəzi şagirdlər üçün tədrisin daha yaxşı mənimsənilməsinə imkan yaratsa da, repetitorluğun geniş miqyas alması məktəb təhsilinin funksiyası, şagirdlərin dərs yükü və ailələrin əlavə maliyyə xərcləri ilə bağlı suallar da doğurur. Bəs repetitorluq təhsilin keyfiyyətinə necə təsir edir? Onun məktəb təhsilini tamamlayan, yoxsa əvəz edən amilə çevrilməsi hansı nəticələrə gətirib çıxara bilər?
Milli.Az xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyev Trend-ə bildirib ki, tədris ilinin başlanması ilə bağlı repetitorluq fəaliyyəti artıq geniş müzakirə olunur.
"Əslində, mən belə qiymətləndirərdim hal-hazırda bizim yuxarı siniflərdə, xüsusilə də ali təhsilə qəbul istiqamətində repetitorluq fəaliyyətinin təhsilə verdiyi töhfə danılmazdır. Çünki bu gün əgər repetitorluq fəaliyyəti olmasa, bizim uşaqların nəticələri də aşağı olar, ümumi olaraq orta ümumtəhsil məktəbindən kifayət qədər lazım olan bilik və bacarıqları mənimsəməkdə çətinlik çəkə bilərlər. Söhbət ali təhsil müəssisələrinə qəbul imtahanından gedir.
Çünki hal-hazırda biz müəyyən edirik ki, ali təhsil müəssisələrinə qəbul imtahanı 5-6 fənn üzrə 5-ci sinifdən 11-ci sinfə qədər olan bütün mövzuları əhatə edir. Yuxarı sinfə gələn bir şagird istər-istəməz həmin mövzuların bir qismini unudur. Mövzuların ciddi bir şəkildə təkrarən öyrənilməsi mütləqdir. Bu da orta ümumtəhsil məktəblərində mümkün olmadığı təqdirdə abituriyent əlbəttə ki, əlavə dəstək almaq məcburiyyətindədir. Bunun da yolu ya repetitorluq fəaliyyəti, yaxud da hazırlıq kurslarına istiqamətlənməkdir", - deyə o, əlavə edib.
Ekspert vurğulayıb ki, əgər hər hansı bir hazırlıq kursu ödənişli fəaliyyət göstərirsə, əlbəttə, repetitor müəllim də ödənişli fəaliyyət göstərə bilər.
"Müəllimlər qanun çərçivəsində VÖEN açaraq xidmət göstərib müəyyən qədər ödəniş tələb edə bilərlər. Amma əlbəttə, bu ödənişlər şişirdilmiş bir formada olmamalıdır. Bəzi hallarda biz diqqət yetiririk, xüsusilə də Dövlət İmtahan Mərkəzində müəyyən müddət işləmiş, "bunker", "marker" müəllim kimi fəaliyyət göstərmiş bəzi şəxslər xüsusilə də Dövlət İmtahan Mərkəzinin adından istifadə eləyərək repetitorluq fəaliyyəti göstərir və şagird sayı çoxaldığı təqdirdə də qiymətləri yüksəldir. Bu da ümumi olaraq, demək olar ki, repetitorluq bazarına müəyyən qədər təsir göstərir və digər müəllimlər də artıq buna görə qiyməti qaldırmaq məcburiyyətində qalır.
Ümumi olaraq deyək ki, hər bir müəllim öz təfəkkürünü sata bilər. Yəni burada hər hansı bir məhdudiyyət yoxdur. Dünyanın əksər ölkələrində fərdi hazırlıqlar, repetitorluq fəaliyyətləri var. Yəni burada hər hansı bir məhdudiyyətin tətbiq olunması doğru bir yanaşma olmaz", - deyə o, qeyd edib.
R. Nurəliyev qeyd edib ki, hər hansı müəllim orta ümumtəhsil məktəbində işləyirsə və işlədiyi müddətdə öz şagirdlərini fərdi repetitorluq fəaliyyətinə cəlb edir və buna məcbur edirsə, əsas problem məhz budur.
"Hər hansı məktəb direktoru ödənişli əsaslarla məktəbi müəllimlərə icarəyə verirsə və orada repetitorluq fəaliyyətinə şərait yaradırsa, ən böyük problem budur. Amma hər hansı müəllim məktəbdə işləmirsə və fərdi repetitor kimi fəaliyyət göstərirsə, burada hər hansı problem yoxdur. Tam əksinə, şagirdlərə müəyyən qədər dəstək verir, onların universitetə hazırlaşmasına köməklik göstərir.
Məktəbdə dərs deyən müəllimin şagirdləri öz yanına cəlb edərək, istər məktəbin öz inzibati binasında, istərsə də şəxsi evində, xüsusilə də öz şagirdlərinə repetitorluq fəaliyyəti göstərməsi doğru deyil. Yəni müəllim öz şagirdini məktəbdə öyrətməyə borcludur, çünki bunun müqabilində əməkhaqqı alır. Amma öz şagirdini məktəbdə öyrətməyərək, buna istəkli olmayaraq fərdi hazırlığa yanına çağırırsa, baxın, burada böyük problem var. Əgər məhdudiyyət tətbiq olunacaqsa, məktəblərdə repetitorluq fəaliyyətinə məhdudiyyət tətbiq olunmalıdır. Məktəbdə dərs deyən hər hansı müəllimin öz şagirdinin repetitor kimi onun yanına getməsinə müəyyən məhdudiyyət tətbiq olunmalıdır", - deyə o, bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı





