Səfurə İbrahimovanın yaddaşında problem yaranıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 22-də evində huşsuz vəziyyətdə tapılan Xalq artisti Səfurə İbrahimovanın yaddaşında problem yaranıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 81 yaşlı aktrisa dünən müayinə olunaraq xəstəxanadan buraxılıb. Onun müalicəsi hazırda ev şəraitində davam etdirilir. Həkimlər bildirib ki, Səfurə İbrahimovanın vəziyyətinin tam olaraq yaxşılaşması, huşunun qayıtması bir qədər zaman apara bilər. Hazırda aktrisa ən yaxın bir-iki şəxsdən başqa heç kimi tanımır.
Uzun müddətdir yaradıcılığına son verən və ictimaiyyət arasına çıxmayan aktrisa iki gün evdə döşəməyə yıxılmış vəziyyətdə qalıb. "Bu mənim ilk yıxılmağım deyil. Çox yıxılmışam, amma hələ yaşamaq istəyirəm" - deyə S.İbrahimova hər kəsə müraciət edib.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavabda deyilir ki, nazirliyin İncəsənət şöbəsinin əməkdaşı Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül xanımla əlaqə saxlayıb.
"Son günlər Səfurə xanımın qardaşının səhhətində problemlər yarandığı üçün Könül xanım atasının yanında qalıb. 23 noyabr tarixində Səfurə İbrahimova müayinə olunmaq üçün xəstəxanaya aparılıb, müayinə zamanı səhhətində ciddi problem aşkarlanmayıb. Səfurə İbrahimova hazırda qardaşı qızının evindədir", - deyə məlumatda deyilir.
Qeyd edək ki, S.İbrahimova Azərbaycan teatr və kino sənətində unudulmaz rollar yaradıb. Aktrisa müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında "Sevil" (Dilbər), "Arşın mal alan"(Telli) "Qatır Məmməd" (Həbibə), "Alma almaya bənzər" (Mədinə), "Qaynana (Sədaqət), "Dərviş Parisi dağıdır" (Gülpəri) və başqa bədii filmlərə çəkilib. S.İbrahimova Hüseyn Cavidin "İblis" faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə Azərbaycan Respublikasının dövlət mükafatına, 1974-cü ildə Əməkdar artist, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
XƏBƏR LENTİ
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb





