Mədəniyyət

"Bir dəfə qızımı avtobusda döyüblər" - Əməkdar artist

11 Sentyabr 2020 17:11
Baxış: 3 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Firəngiz Babayeva qızı Vəfanın başına gələn işi danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Faydalı saat" proqramında qonaq olan aktrisa qızının avtobusda döyüldüyünü bildirib:

"Qızım "Dəfnə ağacı" serialında çəkilmişdi. Orada Aytəni oynayırdı. Onu bir dəfə avtobusda döyüblər. Deyiblər ki, sən camaatın uşağına niyə şər atırsan? Qızım ağlaya-ağalaya avtobusdan düşüb mənə zəng etdi ki, gəl məni apar. Dedi, ya taksi tut, ya da mənə maşın al. Bura döyülməyə gəlməmişəm.

Aqressiv tamaşaçılar çoxdur, serialın içinə çox girirlər. Bir dəfə küçədə bir qadın mənə yaxınlaşıb ki, dayan. Dayanmışam, deyir, özünü yaxşı apar, səni burada sürüyərəm. "Uçurum" serialındakı roluma görə mənə əsəbi idi. Deyir, bir də gəlini döymə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.