Mədəniyyət

Əfsanəvi "O olmasın, bu olsun" filminin çəkildiyi hamam bərpa edildi

27 Dekabr 2011 12:35
0 Şərh     Baxış: 5 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"a əsasən İçəri Şəhərdə yerləşən Ağa Mikayıl hamamında aparılmış bərpa işləri başa çatıb.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, XVIII əsrdə Şamaxı sakini Ağa Mikayıl tərəfindən tikdirilmiş və xalq arasında "Hamamçılar məhəlləsi" adlanan ərazidə yerləşən Ağa Mikayıl hamamı qabaqcıl texnologiyaların köməyi ilə yerli və xarici mütəxəssislər tərəfindən bərpa edilib. Abidənin sütunları möhkəmləndirilib, daxilində təmir-bərpa işləri aparılıb, fasadı tarixi görkəminə qaytarılıb.

Məşhur "O olmasın, bu olsun" filminin bəzi epizodları burada çəkildiyi üçün bəzən "Məşədi İbad hamamı" adlanan abidənin gələcəkdə öz təyinatı üzrə istifadə olunacağı nəzərdə tutulur. Bu səbəbdən Ağa Mikayıl hamamının daxilində ənənəvi abu-hava yaradılıb və müasir avadanlıqlarla təchiz olunub. Abidə öz fəaliyyəti ilə İçərişəhərə gələn turistləri şərq mədəniyyətinin ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə tanış edəcək və əhaliyə xidmət edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.