Mədəniyyət

Vyetnamda "Azərbaycanın klassik musiqisinin inciləri" adlı möhtəşəm konsert keçirilib - VIDEO - FOTO

28 May 2025 18:44
Baxış: 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hanoi Opera Teatrında 28 May-Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş "Azərbaycanın klassik musiqisinin inciləri" adlı möhtəşəm konsert keçirilib. 

Bu barədə Milli.Az-a opera ifaçısı, Xalq Artisti Fidan Hacıyeva bildirib. 

Axşam Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub. 28 May 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk parlament respublikası oldu, ölkədə dövlət institutları, çoxpartiyalı sistem, parlament quruldu, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşlar bərabər hüquqlara sahib oldular. ADR İslam dünyasının ilk dünyəvi demokratik dövləti, eyni zamanda qadınların seçki hüququ qazandığı ilk müsəlman dövləti oldu. Milli Ordunun yaradılması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsi Azərbaycan tarixində yeni şanlı səhifə açdı. Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş bayram gecəsinin qonaqları arasında görkəmli dövlət və ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, diplomatik nümayəndəliklər, həmvətənlər, eləcə də Azərbaycanda yaşayan, təhsil alan və fəaliyyət göstərən çoxsaylı vyetnamlılar olub. 

Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə və Vyetnamın Xarici İşlər Nazirinin müavini Le an Tuan çıxış edərək ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bütün sahələrdə, xüsusilə iqtisadi və mədəni sahələrdə tarixi dostluğu vurğulayıblar. İki dövlətin rəhbərliyinin siyasi iradəsi sayəsində ənənəvi dostluq və çoxtərəfli əməkdaşlıq strateji tərəfdaşlıq çərçivəsində inkişaf etməyə davam edəcəkdir. 

"Vyetnama səfər və konsert proqramı ən yüksək səviyyədə təşkil olunub. Bizi çox yaxşı qarşıladılar, vyetnamlıların qonaqpərvərliyi və tamaşaçıların alqışları ən gözəl təəssüratları buraxdı. Vurğulamaq istərdim ki, Vyetnam Orkestri Azərbaycan klassiklərinin əsərlərini cəmi dörd gün ərzində öyrənib ki, bu da onların peşəkarlıq səviyyəsindən xəbər verir. Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdiyevaya xüsusi təşəkkürümü bildirmək istərdim", - deyə Fidan Hacıyeva bildirib. 

Konsert proqramında Azərbaycan Xalq Artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Hanoi Opera Teatrının orkestri və Xalq Artisti Fidan Hacıyevanın iştirakı ilə Azərbaycan klassiklərinin - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayevin əsərləri, eləcə də dünya müəllifləri və Vyetnama həsr olunmuş kompozisiyalar  təqdim olunub. Gecənin apofeozu əfsanəvi Müslüm Maqomayevin "Azərbaycan" mahnısının Fidan Hacıyeva və vyetnamlı müğənni Nguyen Khak Hoa duetində, həmçinin Fidan Hacıyeva və Vyetnamda yaşayan soydaşımız Sevinc Orucovanın ifasında Azərbaycan və Vyetnam dillərində "Salam, Vyetnam" mahnısının ifası olub. Sənətçilərin çıxışları tamaşaçıların alqışları ilə qarşılandı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.