Mədəniyyət

Beynəlxalq Muğam Muğam Mərkəzində Ağaxan Abdullayevin 75 illiyinə həsr olunan gecə təşkil edilib - FOTO

26 May 2025 18:07
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Muğam Mərkəzində milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti,  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,  "Şöhrət" ordenli, "Qızıl çinar" beynəlxalq mükafatı sahibi Ağaxan Abdullayevin (1950-2016) 75 illiyinə həsr olunan gecə təşkil edilib. 

Yubiley tədbiri Ağaxan Abdullayevin Azərbaycan televiziyasının "Qızıl Fondunda" qorunan ifasının videonümayişi ilə başlanıb.

Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə baş tutan gecədə millət vəkili Ziyad Səmədzadə, Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, muğam sənətimizin inkişafında, neçə-neçə tanınan muğam ifaçılarının yetişməsində Ağaxan Abdullayevin rolu danılmazdır. Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib. O, Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihələrin də iştirakçısı olub.  Sənətkarın fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. O, "Əməkdar artist" və "Xalq artisti" fəxri adlarına, habelə "Simurq", "Humay" və Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.

Unudulmaz xanəndənin xatirə gecəsində Xalq artistləri Zabit Nəbizadə, Simarə İmanova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist İlkin Əhmədov, Muğam Televiziya Müsabiqəsinin qalibləri Mirələm Mirələmov, Məmməd Nəcəfov, Hüseyn Məlikov, Nisbət Sədrayeva çıxış ediblər.  

Xanəndələri Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin solsitlərindən ibarət ansambl müşayiət edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.