“Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur?” - Rəsmi cavab - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarixçi alim, tərcüməçi Abbasqulu ağa Bakıxanovun Qubanın Amsar kəndində yerləşən ev-muzeyi yararsız vəziyyətdədir.
Milli.Az xəbər verir ki, bu barədə Xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə muzeydə isitmə sistemi belə yoxdur: "Mikayıl Müşfiqin Xızı yolundakı muzeyi kimi, Bakıxanovun dağılmaqda olan, adına layiq olmayan ev-muzeyi də ürəyimi kədər və təəssüflə doldurdu. Doğrudanmı Quba rayonunun Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur? Doğrudanmı Mədəniyyət Nazirliyimizin əlaqədar əməkdaşlarının ev-muzeyləri yaratmaq təcrübəsi və fəlsəfəsi bu qədər bəsitdir? İsidilməyən binanın şaxtasında titrəyə-titrəyə bizə məlumat verən işçilərin dediyinə görə, muzeyə gələn çoxdur. Bu muzey Bakıxanov və onun mühiti haqqında nə verə, hansı təəssüratı yarada bilər?"
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Qafqazinfo.az-a bildirilib ki, qurum muzeyin mövcud vəziyyəti barədə məlumatlıdır: "Bakıxanovlar nəslinin nümayəndələri tərəfindən də qeyd olunan problemə dair nazirliyə müraciətlər olunub. Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq muzeylərin cari və əsaslı təmiri, ekspozisiyasının bədii tərtibatı, maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bakıxanovun ev-muzeyində təmir-bərpa işlərinin aparılması, o cümlədən muzey ekspozisiyasının müasir standartlara uyğun yenidən qurulması məsələsinə regionlarda muzey müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey işinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində baxılacaq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub (Foto)
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
XƏBƏR LENTİ
-
Holand və Bellinqem DÇ-2026-da tarixə düşdülər
-
Bakıda avtobuslar toqquşdu: Sərnişinlər arasında əməkdar artist Elman Rəfiyev də var - (Video)
-
İki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanlı gənc Rusiya-Ukrayna müharibəsində həlak oldu
-
Qara dəniz üslubunda dana qovurması resepti
-
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
-
Avropada anomal istilərdən ölənlərin sayı 14 mini ötüb
-
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
-
İranın 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
-
“Məni ağlatdığınız zaman başıma sığal çəkən adama qarşı açıqlama yayım?” - Xatirə Yüzbəyova
-
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib
-
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlanırmış (Foto)
-
Ərdoğan Qətərə getdi
-
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
-
Ukrayna hökuməti istefaya göndərilib
-
Müğənni Sevda çimərlik geyimində fit bədənini nümayiş etdirdi - (Video)
-
Sakinlər: "Məhəlləmiz zibilxana olub" - İcra Hakimiyyətindən reaksiya
-
Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
-
Cennifer Lopezin bu davranışı bəyənildi - (Video)
-
MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı
-
İyulun 15-də dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq





