Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur "Şahmaran" əfsanəsi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya daxili baxış keçirilib.
Baxışda Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova, eləcə də tanınmış teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov iştirak ediblər.
Rok müzikl janrında hazırlanmış səhnə əsərinin ideya-bədii həlli, rejissor yozumu, aktyor oyunu, musiqi tərtibatı və səhnə tərtibatı maraqla qarşılanıb. Baxışdan sonra yaradıcı heyətlə geniş fikir mübadiləsi aparılıb, tamaşanın ayrı-ayrı bədii komponentləri ətrafında müzakirələr keçirilib.
Müzakirələr zamanı səsləndirilən rəy və təkliflər yaradıcı kollektiv tərəfindən diqqətlə dinlənilib və tamaşanın repertuara daxil edilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, "Şahmaran" rok müziklinin libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, rejissor assistenti isə Elməddin Dadaşovdur.
Tamaşanın plastik həlli Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə aiddir.
Səhnə əsərində əsas rolları Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara) və Murad Fərzəliyev (Boz) ifa edirlər.
Tamaşada eyni zamanda teatrın xor və balet truppaları da fəal iştirak edir, səhnə kompozisiyalarının bütövlüyünü və bədii ifadə vasitələrinin zənginliyini təmin edirlər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
-
İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO
-
CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)
-
Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq
-
Prezident İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - (Foto)
-
Prezident İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib - (Foto)
-
Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı
-
Bakının 3 əsas yolunda hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Trampın açıqlamasına İrandan cavab gəldi
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb - (Video)
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)





