28 may - Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş "AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festival Xətai Rayon İcra Hakimiyyətinin qarşısında baş tutub!
Xətai Rayon İcra hakimiyyətinin başçısı Rafiq Quliyev tədbiri açaraq festival iştirakçlarını və qonaqları salamlayıb. Söz alan Millət vəkilləri Vüqar Rəhimov və Pərvanə Vəliyeva, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq Rəssamı, professor Ağaəli İbrahimov, Xalq Rəssamı, professor Arif Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və bir sıra ictimaiyyət nümayəndələri öz ürək sözlərini bölüşüblər. Tədbir canlı ifaların sədaları altında gənc rəssamların performansları ilə davam edib.
Şüarı-Azərbaycan səni sevirəm! Mövzusu-Mənim gözlərimlə Azərbaycan! olan festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmidar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuşdur.
Məqsədi Azərbaycan vətəndaşları və əcnəbilərin Azərbaycanı daha yaxından tanınmasına və sevməsinə xidmətdən ibarətdir!
Nəzərinizə çatdıraq ki, festival cərçivəsində elan olunmuş müsabiqəyə ölkəmizin vətəndaşları ilə yanaşı, ABŞ, Belarus, İran, Türkiyə, Qazağıstan, Rusiya, Çin,Peru, Hindistan və Miyanmar ölkələrindən olmaqla 8-21 yaş arası yeniyetmə və gənc 2000-ə yaxın əsər təqdim etmiş, ümumilikdə, 900-ə yaxın əsər sərgilənmiş və sərgilənən əsərlər arasından seçilmiş hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət olunmuşdur.
Əcnəbilər tərəfindən göndərilən əsərlər tərəfimizdən çap olunaraq sərgiləndi, müəlliflərə sertifikatlar göndərildi ,həmçinin, ən yaxşı 5 əsərin müəllifinə hədiyyə göndəriləcək.
Musiqi səhnələri, gənc rəssamların performansı, rəssam-pedaqoq Akif Yarışovun ustad dərsi ilə davam edən festival yaş qrupu üzrə hədiyyə və setrtifikatın təqdimatı ilə öz işini başa vurdu.
Festivalda ərsəyə gəlmiş əsərlərin satış sərgisi təşkil olunacaq.
Tədbir Xətai rayonu sakinləri, həmçinin, şəhərimizin qonaqlarına xoş xatirələr yaratdı..
Festivalın ölkəmizin mədəni həyatına xidmət etiyinə ümid edirik!
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı baş tutdu - FOTO
26 May 2025 18:17
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub - FOTO
-
“Azərbaycan muğamı” layihəsi çərçivəsində “Muğam dəstgahları”nın növbəti konserti keçirilib - FOTO
-
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub - FOTO
-
Rasim Balayevin səhhətində problem yarandı
-
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək
-
"Sərhədsiz sənət" layihəsinə start verilib - FOTO
XƏBƏR LENTİ
-
Suriyadakı atəşkəsə ABŞ-dan ilk reaksiya
-
Şara: Ölkənin şimal-şərqində atəşkəs elan edildi - FOTO
-
Bakıda dönərxanadakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO
-
Afaq Bəşirqızı uzun müddət sonra qayıdır
-
Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmayıb - İran XİN
-
KİV: Hindistandan Ermənistana “Pinaka” raketlərinin ilk partiyası göndərilib
-
Xalq artistinin oğlunun toyudur - VİDEO
-
Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - xəsarət alan var
-
Portağallı pankek resepti: səhər yeməyinin ən ətirli qonağı
-
Qəbizliyə yaxşı təsir edən təbii üsullar
-
Almaniya hərbçiləri Qrenlandiyadakı missiyasının başa çatdığını açıqladı
-
Mourinyodan "Real"a baş məşqçi təyin olunacağı barədə xəbərlərə REAKSİYA
-
Ofisdən oğurluq edənlər saxlanıldı
-
Ağsu aşırımından son görüntülər... - VİDEO
-
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
-
Orban Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi
-
Suriya ordusu Deyrizora nəzarəti təmin etdi
-
2 minlik siqareti belə oğurladı - ANBAAN VİDEO
-
"Barselona"nın ulduzu zədələndi
-
Həyatdan daim şikayətlənən BÜRCLƏR
-
Əməkdar artist dəbdəbəli mənzilində bahalı geyimlərini GÖSTƏRDİ - VİDEO
-
Evin tək qızının TOYU - kişilər "yas qurdular" - VİDEO
-
Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ - VİDEO
-
Sevgilisinin arvadından gizlənmək istəyən qız 10-cu mərtəbədən QAÇDI - VİDEO





