Mədəniyyət

"Sərhədsiz sənət" layihəsinə start verilib - FOTO

16 Yanvar 2026 15:37
Baxış: 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi ölkənin mədəni həyatında mühüm hadisə olacaq yeni "Sərhədsiz sənət" layihəsinə start verib. Layihənin məqsədi Azərbaycan mədəniyyətinin sərhəd tanımayan gücünü nümayiş etdirmək və peşəkar sənətkarlarla gənc nəsil arasında birbaşa dialoq platforması yaratmaqdır.

Layihə çərçivəsində keçirilən tədbirin ilk qonağı tanınmış dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev olub.

Şəhriyar adına mədəniyyət mərkəzində "Maestro ilə dialoq" adı altında keçirilən bu ilk görüşdə musiqinin universal dili vasitəsilə sərhədlərin necə aşılması, klassik sənətin müasir dünyadakı rolu və uğura gedən sənətkar yolunun pərdəarxası məqamları müzakirə olunub. Tədbir iştirakçıları maestronun zəngin yaradıcılıq təcrübəsi ilə tanış olaraq, onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanıblar. 

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyindən bildirilib ki, "Sərhədsiz sənət" layihəsi müxtəlif sənət sahələrini əhatə edərək, cəmiyyətdə mədəni maarifləndirmə missiyasını davam etdirəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.