Kulinariya

Portağallı pankek resepti: səhər yeməyinin ən ətirli qonağı

18 Yanvar 2026 19:39
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Klassik pankek dadından fərqli olaraq, tərkibindəki portağal şirəsi və qabığının rəndəsi bu şirniyyata həm təbii bir şirinlik, həm də iştahaçan qoxu verir. Portağalın turşməzə dadı xəmirin yumşaqlığı ilə birləşərək bənzərsiz bir lezzet yaradır.

Milli.Az mükəmməl nəticə üçün lazım olan inqrediyentləri təqdim edir:

Yumurta: 2 ədəd

Şəkər tozu: 3 xörək qaşığı

Süt: 1 su bardağı

1 ədəd portağalın təzə sıxılmış suyu

1 ədəd portağalın rəndələnmiş qabığı (ancaq narıncı hissəsi)

Un: 1 su bardağı (tədricən əlavə edilməlidir)

Qabartma tozu və Vanil: 1 paket hər birindən

Hazırlanma qaydası
İlk olaraq yumurta və şəkər tozunu mikserlə rəngi ağarana qədər yaxşıca çırpın.

Portağal şirəsini, südü və portağal qabığı rəndəsini əlavə edib qarışdırmağa davam edin.

Unu, qabartma tozunu və vanili ələyərək qarışığa əlavə edin. Topaq qalmayacaq şəkildə homojen bir xəmir əldə edin.

Yapışmayan tavanı yüngülcə yağlayın. Kiçik bir çömçə ilə xəmiri tavaya tökün. Üzərində balaca qabarcıqlar (göz-göz) yarananda digər üzünə çevirin.

Mükəmməl pankek üçün 3 sirr:
Portağal qabığını rəndələyərkən ağ hissəsinə toxunmayın, çünki o hissə pankekə acılıq verə bilər.

Hazırladığınız xəmiri bişirməzdən əvvəl 5-10 dəqiqə gözlətsəniz, qabartma tozu daha yaxşı təsir edər və pankekləriniz daha süngərvari olar.

Pankeklər çox tez yanır, ona görə də mütləq orta-az odda bişirilməlidir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.