Yağan güclü qar səbəbindən Ağsu aşırımında avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, günorta saatlarından Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində avtomobillərin hərəkətində maneələr əmələ gəlib.
Bəzi nəqliyyat vasitələri yolda qalıb və avtomobillər yoldan çıxıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Milli.Az





