Qətərdə olan 200 nəfər vətəndaşımızın xüsusi reysi ilə təxliyyəsi planlaşdırılır - XİN
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyyə olunub.
Milli.Az-ın Xarici İşlər Nazirliyindən istinadən verdiyi məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyyəsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
"Hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir, vətəndaşlarımıza müvafiq dədtək göstərilməsi istiqamətində tədbirlər görülür. İndiyə qədər, bir nəfər istisna olmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb.
Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyyə olunub", - deyə o bildirib.
A.Hacızadə əlavə edib ki, bununla yanaşı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən vətəndaşlarımızın müntəzəm reyslərlə ölkəmizə qayıdışı BƏƏ-nin aidiyyəti hava yolları tərəfindən həyata keçirilir. Dünən ümumilikdə 257 nəfər Azərbaycan vətəndaşı ölkəmizə geri qayıdıb. Dubay şəhərindən bu gün 1, 5 mart tarixində isə 2 müntəzəm təyyarə reysi nəzərdə tutulub.
"Bununla yanaşı, hal-hazırda Qətərdə olan 200 nəfər vətəndaşımızın ölkəmiz tərəfindən xüsusi təyyarə reysi ilə təxliyyəsi istiqamətində iş aparılır. Qeyd edək ki, Qətər hava məkanı bağlı olduğu üçün, vətəndaşlarımızın Səudiyyə Ərəbistanı ərazisindən təxliyyəsi planlaşdırılır.
Bununla yanaşı, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur. İndiyə qədər 260 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.
Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur", - deyə o, bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib - (Foto)
-
Ronaldonun izləyici sayı 680 milyona çatdı
-
Tural Hüseynov yenidən səhnəyə qayıdır: “Azərbaycan musiqisini layiqincə təmsil etmək istəyirəm” - (Video/Foto)
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
-
Azərbaycan nefti bahalaşıb
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
“Brent” nefti bahalaşdı
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır





