İran

İrana hücumu bu mahnı ilə paylaşdılar - VİDEO

4 Mart 2026 20:06
Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Hərbi Hava Qüvvələri (IAF) rəsmi "X" hesabında İrana qarşı davam edən hərbi əməliyyatlarla bağlı rezonans doğuran video paylaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, videoda İsrailin hava zərbələri nəticəsində zərərsizləşdirilən İranın yüksəkrütbəli hərbi və siyasi rəsmilərinin fotoları nümayiş etdirilib.

Paylaşımda dünyaca məşhur "Danza Kuduro" mahnısından istifadə olunması və "Our jets never go on holiday" ("Bizim qırıcılarımız heç vaxt tətilə çıxmır") şərhi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, görüntülərdə hədəf alınan generalların və dövlət rəsmilərinin siyahısı yer alıb ki, bu da İsrail ordusunun apardığı psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, fevralın 28-dən bəri davam edən intensiv hücumlar nəticəsində İranın hərbi iyerarxiyasına və strateji infrastrukturuna sarsıdıcı zərbələr endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.