İran

Pezeşkian qonşu ölkə liderlərinə müraciət etdi

4 Mart 2026 21:12
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran ərəb ölkələrinin vasitəçiliyi ilə diplomatik vasitələrlə ABŞ ilə müharibədən yayınmağa çalışıb.

Milli.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian sosial şəbəkədə yazıb.

O, qonşu ölkələrin rəhbərlərinə müraciət edərək bildirib:

"Hörmətli dost və qonşu ölkələrin liderləri, biz sizin köməyiniz və diplomatiya vasitəsilə müharibədən yayınmağa çalışdıq, lakin ABŞ və sionistlərin hərbi hücumu bizə özümüzü müdafiə etməkdən başqa seçim buraxmadı".

Pezeşkian qeyd edib ki, İran qonşularının suverenliyinə hörmət edir və əmindir ki, Yaxın Şərqdə sülh bu region ölkələri tərəfindən təmin edilməlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.