Cəmiyyət

Bu qurum işçilərə tələb qoydu - Qohumlar bir yerdə işləyə bilməyəcəklər

4 Mart 2026 20:30
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti"ndə (ASCO) işçilərə yeni tələb qoyulub.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, ASCO-nun yeni sədri Əfqan Cəlilovun tapşırığına əsasən, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin tabeliyindəki müəssisələrdə yaxın qohumluğu olan iki nəfər işləyə bilməz.

Belə ki, eyni müəssisədə çalışan qohumlardan birinin işdən çıxması tələb olunur.

Məsələ ilə bağlı ASCO-dan bildirilib ki, hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir:

"Bu çərçivədə daxili prosedurlar yenidən nəzərdən keçirilir və korporativ hüquq prinsipləri daxilində maraqların toqquşması hallarının aradan qaldırılması istiqamətində əməli fəaliyyət icra olunur. Əmək münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun olaraq tənzimlənir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.