Şara: Ölkənin şimal-şərqində atəşkəs elan edildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suriya ordusu ilə YPG/SDG qruplaşması arasında günlərlə davam edən şiddətli qarşıdurmalardan sonra Suriya Prezidenti Şaradan kritik açıqlama gəlib. Şara atəşkəs əldə olunduğunu və dövlət qurumlarının yenidən həmin bölgələrə qayıdacağını bəyan edib.
Milli.Az xəbər verir ki, Suriya ordusu son günlərdə Hələbdəki bəzi məhəllələri (Şeyx Maqsud və Əşrəfiyyə) nəzarətə götürdükdən sonra Fəratın qərbində irəliləyərək Rakka, Təbqa və Deyrizoru ələ keçirmişdi. Bu hərbi uğurların ardınca Şam rəhbərliyi ilə SDG arasında "tam inteqrasiya" (birləşmə) nəzərdə tutan saziş imzalanıb.
Sazişin 14 maddəlik əsas şərtləri:
Dərhal atəşkəs: Bütün cəbhələrdə döyüşlər dayanır; SDG qüvvələri Fərat çayının şərqinə çəkilir.
Dövlət nəzarəti: Deyrizor və Rakka vilayətləri hərbi və inzibati cəhətdən tamamilə Suriya hökumətinə təhvil verilir.
Həsəkənin inteqrasiyası: Həsəkədəki mülki qurumlar dövlət idarəçiliyinə birləşdirilir.
Sərhəd və Neft: Bütün sərhəd keçid məntəqələri, neft və qaz yataqları Suriya ordusunun nəzarətinə keçir.
Hərbi birləşmə: SDG personalı yoxlamadan keçdikdən sonra fərdi şəkildə Suriya Müdafiə və Daxili İşlər Nazirliklərinə qəbul edilir.
Köhnə kadrların təhvili: SDG öz sıralarındakı keçmiş rejim zabitlərinin siyahısını hökumətə təqdim etməlidir.
Yeni təyinat: Həsəkəyə yeni vali təyin edilməsi üçün qərar veriləcək.
Kobani (Ayn əl-Ərəb): Şəhərdəki ağır hərbi texnika çıxarılır, yerli polis gücü yaradılır.
İŞİD dustaqları: İŞİD üzvlərinin saxlanıldığı düşərgələr və həbsxanalar Suriya dövlətinə təhvil verilir.
Mərkəzi vəzifələr: SDG liderlərinin təqdim etdiyi bəzi namizədlər dövlətin yüksək vəzifələrinə təyin olunacaq.
Kürdlərin hüquqları: Kürdlərin mədəni və dil hüquqları tanınır, sənədsiz (vətəndaşlığı olmayan) şəxslərin problemləri həll edilir.
PKK-nın çıxarılması: SDG Suriya vətəndaşı olmayan bütün PKK üzvlərini ölkədən çıxarmağı öhdəsinə götürür.
İŞİD-lə mübarizə: Suriya dövləti ABŞ və Beynəlxalq Koalisiya ilə koordinasiyalı şəkildə İŞİD-lə mübarizəni davam etdirəcək.
Afrinə qayıdış: Afrin və Şeyx Maqsud sakinlərinin evlərinə ləyaqətli qayıdışı üçün işlər aparılacaq.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
İspaniyada sürət qatarları toqquşdu - 64 nəfər öldü - (Yenilənib/Video)
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi
-
Prezident seçkilərində məğlub oldu, ölkədən getdi - (Foto)
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
XƏBƏR LENTİ
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
-
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)
-
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
-
Sabah Ağdaşda qaz olmayacaq
-
Xankəndidə MDB-nin antiinhisar məsələləri üzrə iclası keçirilib - (Foto)





