Ermənistan

Serj Sarqsyan 3 milyon dollar rüşvət alıb?

29 May 2025 22:03
Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyana qarşı 3 milyon dollara yaxın rüşvət alma ittihamı ilə cinayət işinə dair materiallar ittiham aktı ilə birgə məhkəməyə təqdim olunub.

Milli.Az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

İttiham aktına əsasən Serj Sarqsyan sahibkar Silva Ambarcumyandan ona məxsus şirkətin satışı ilə bağlı prosesə mane olmamaq məqsədilə vasitəçilər yolu ilə rüşvət alıb.

Pulun 2 milyon 660 min dollarlıq hissəsi nağd, 325 min dollar isə bank yolu ilə köçürüldüyü iddia olunur.

Bu iş üzrə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan və iş adamı Samvel Mayrapetyan da ittiham olunur.

Qeyd edək ki, Mikael Minasyan Serj Sarqsyanın kürəkənidir. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.