30 may tarixi daxili gücün, münasibətlərdə dürüstlüyün və planlarda yeniliklərin önə çıxdığı bir gündür. Ulduzlar sizə həm düşünməyə, həm də hərəkətə keçməyə şərait yaradır.
Qoç
İntuisiyanız bu gün güclü olacaq. Daxili səsinizə güvənin. Maliyyə sahəsində ehtiyatlı davranın - sürətli qərarlardan çəkinin.
Buğa
Dəyişikliklərə qarşı inad etməyin. Münasibətlərdə yumşaq davranmaq sizə qazandıracaq. Axşam saatlarında yaxşı xəbər ala bilərsiniz.
Əkizlər
Sosial cəhətdən aktiv gündəsiniz. Yeni tanışlıqlar və maraqlı söhbətlər gündəmdə olacaq. Sözlərinizlə insanları təsirləndirə bilərsiniz.
Xərçəng
Duyğularınız dərinləşə bilər. Qərar verməzdən əvvəl tələsməyin. Ailə ilə bağlı məsuliyyətlər ön plana çıxacaq.
Şir
Bugün istedadlarınızı göstərmək üçün əlverişli gündür. Yaradıcı sahələrdə uğur şansınız yüksəkdir. Özünüzə inanın.
Qız
Detallara fokuslanacağınız bir gündür. İşdə və şəxsi həyatda sistem qurmaq istəyəcəksiniz. Unutmayın: hər şeyə nəzarət etmək mümkün deyil.
Tərəzi
Tarazlıq axtarışındasınız. Münaqişələrə qarışmamağa çalışın. Sevdiyiniz insanla açıq ünsiyyət qurmaq üçün münasib zamandır.
Əqrəb
Enerjiniz yüksəkdir, lakin bu enerjini harada və necə istifadə etdiyiniz vacibdir. Qısqanclıq və ya inamsızlıq sizə mane ola bilər.
Oxatan
Səfər və ya təhsil planları gündəmdə ola bilər. Beyninizi genişləndirən mövzulara yönəlin. Pozitivlik yolunuzu açacaq.
Oğlaq
Gəlir-gider balansına diqqət edin. Bu gün pul məsələlərində real yanaşma tələb olunur. İş mühitində yeni məsuliyyətlər doğa bilər.
Dolça
Münasibətlərdə açıq və dürüst olun. Yeni tanışlıqlar, ortaq layihələr və dostluq əlaqələri önə çıxacaq.
Balıqlar
İç dünyanıza çəkilə bilərsiniz. Ruhunuzu dincəltmək üçün tək qalmağa ehtiyacınız ola bilər. Musiqi, yazı və ya sənət sizi rahatlaşdıracaq.
Lalə Qüdrətova
Milli.Az