Kriminal

Araz Musayevin vurulmasını sifariş edən 2 nəfər saxlanıldı - AÇIQLAMA

29 May 2025 15:08
Baxış: 2 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular".

Milli.Az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında ötən gün Antalyada bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev deyib.

O bildirib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.

A.Musayev qeyd edib ki, beşbarmaqla bir zərbə üzündən, başından və bədənindən iki yerdən bıçaqla vurublar: "Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Bu federasiyaya dəstək verən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim".

Azərbaycan Kikboksinq Federasiyasından saytımıza bildirilib ki, bu hadisəni törədən şəxsləri nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimov tanıyır.

"Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik", - deyə qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.