Maraqlı

Yerin fırlanması yavaşlayır – Bir gün 25 saat ola bilər

30 May 2025 02:02
Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yerin fırlanma sürətinə həm daxili, həm də xarici amillərin birgə təsiri nəticə göstərir. Ən əhəmiyyətli təsir Ayın qravitasiya qüvvəsindən qaynaqlanır. Ayın cazibə qüvvəsi Yerin okeanlarında gelgitlər yaradır, bu isə sürtünmə effekti doğuraraq Yerin fırlanmasını tədricən yavaşladır.

Milli.Az xəbər verir ki, bu yavaşlama təkcə Ayın təsiri ilə baş vermir. Yer daxilində kütlənin yenidən paylanması məsələn, maye nüvədəki hərəkətlər və buzlaqların əriməsi də fırlanma sürətinə təsir göstərir.

Alimlərin hesablamalarına görə, milyonlarla il əvvəl Yer daha sürətlə fırlanırdı. Təxminən 4,5 milyard il əvvəl Ay formalaşdığı zaman bir gün cəmi 10 saat idi. O vaxtdan bəri Ayın cazibə qüvvəsi bu prosesi ləngidərək günlərin getdikcə uzanmasına səbəb olub. Bu tendensiya son 600 milyon ildə davam edir və hələ də dayanmayıb.

Yeni tədqiqatlara əsasən, gələcəkdə Yer günü daha da uzana bilər. Təxminən 200 milyon il sonra bir gün 25 saata çata bilər. Bu proqnozlar planetin fırlanmasındakı cüzi dəyişiklikləri belə ölçə bilən lazer texnologiyaları ilə aparılmış müşahidələrə əsaslanır.

Mütəxəssislərin fikrincə, günün uzunluğunda belə bir artım, gələcəkdə insan həyatına, bioloji ritmlərə və gündəlik fəaliyyətlərə ciddi təsir göstərə bilər.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.