Mədəniyyət

“Qayınatam qışqırırdı ki, qızın əlini burax...” - FOTO

26 May 2025 16:18
Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bir səhnə vardı, rəhmətlik Şahmar Ələkbərovla çəkilirdik, "sevgilisi" idim filmdə. Demək, səhnə belə idi ki, dağdan üzüaşağı qaçırıq, o da mənim əlimdən tutub ki, yıxılmayım, birgə qaça bilək. Elə bu vaxt qayınatamın səsini eşitdik".

Milli.Az xəbər verir ki, bu sözləri 84 yaşlı Xalq artisti Ofeliya Sənani Oxu.az-a müsahibəsində "Dağlarda döyüş" filmindən danışarkən bildirib.

"Qışqırırdı ki, qızın əlini burax, "Fərrux", əlindən tutma. "Fərrux" Şahmarın oynadığı obrazın adı idi. Şahmar yazıq da çaşıb deyir, ay Möhsün müəllim, necə əlindən tutmayım, axı qayalıqdır, qız yıxılar, qolu-qıçı qırılar. Əlindən tuturam ki, rahat düşək də. Qayınatam da qayıtdı ki, hə, yaxşı, yaxşı...", - o əlavə edib.

Qeyd edək ki, Ofeliya Sənani Xalq artisti Möhsün Sənaninin oğlu Vahid Sənani ilə evli olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.