Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin
28 May - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş konserti keçirilib.
Konsertdən əvvəl Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə keçən konsert proqramı
Dövlət Himninin və Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Üvertura"nın səslənməsi ilə başlayıb.
Konsertdə Əməkdar artist Bəyimxanım Vəliyeva, Cahangir Cahangirov adına Xor (Bədii rəhbər əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova), "Tərəqqi" medalı laureatı Fəxri Kazım Nicat, Muğam Televiziya Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva, Könül Xəlilzadə, Vüsal Qasımov, Rəvan Qaçayev, Zeynəb Nəcəfli , respublika və beynəlxalq müsabiqələr laureatı Aydan Quliyeva, Ayşən Eminli, nəfəsli alətlərdə Fərman Talıbov, Şaiq Əsədovun çıxışları təqdim olunub. Proqramda Süleyman Ələsgərov, Niyazi, Fikrət Əmirov, Vasif Adıgözəlov, Səid Rüstəmov, Emin Sabitoğlu, Xan Şuşinski və Oqtay Kazıminin əsərlərinə müraciət olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az