İdman

Lamin Yamal Çempionlar Liqasında tarix yazdı

10 Dekabr 2025 13:15
Baxış: 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın gənc futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının tarixində 18 və daha aşağı yaş kateqoriyasında ən məhsuldar oyunçu adını qazanıb.

Milli.Az-ın məlumatına görə, istedadlı hücumçu turnirin əsas mərhələsinin VI turunda Almaniyanın "Ayntraxt Frankfurt" komandasına qarşı keçirilən qarşılaşmada (2:1) komanda yoldaşına qol ötürməsi verərək növbəti dəfə fərqlənib.

Bu ötürmə ilə Yamal cari mövsümdə ümumilikdə 7 qol və 7 assist olmaqla 14 məhsuldar epizodun müəllifi olub.

Bununla da o, "Monako" və PSJ formalarında 10 qol və 3 ötürmə ilə rekord müəyyənləşdirən Kilian Mbappeni geridə qoyub.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.