İran

Laricani İslam ölkələrinə çağırış etdi - “İran sizə hegemonluq etmək istəmir”

16 Mart 2026 19:30
Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani dünya müsəlmanlarına və İslam ölkələrinin hökumətlərinə ünvanlanmış 6 maddəlik kəskin bəyanat yayıb.

Milli.Az xəbər verir ki, Laricani "X" hesabında paylaşdığı müraciətdə rəsmi Tehranın ABŞ və İsrailin məruz qaldığını, bu təcavüz nəticəsində Ali Liderin və mülki şəxslərin şəhid olduğunu bildirib.

O, İslam dünyasının bu prosesdəki passivliyini tənqid edib:

"Kim bir kişinin "Ey müsəlmanlar!" deyə kömək çağırışını eşidər və ona kömək etməzsə, o müsəlman deyil. Bəs bu hansı İslamdır?"

Laricani bəzi İslam dövlətlərinin öz ərazilərindəki Amerika bazalarını müdafiə etməsini "uydurma bəhanə" adlandırıb:

"Məgər siz istəyirsiniz ki, Amerika bazaları sizin ölkələrinizdə İranı vurmaq üçün istifadə olunsun və İran əli-qolu bağlı qalsın?"

TŞ-nin katibi həmçinin Yaxın Şərqdəki hökumətləri seçim etməyə çağırıb:

"İslam dünyasının gələcəyi haqqında düşünün. Bilirsiniz ki, Amerika sizə sadiq deyil və İsrail sizin düşməninizdir. Bir anlıq dayanıb özünüz və bölgənin gələcəyi barədə düşünün. İran sizə nəsihət edən bir ölkədir və sizə hegemonluq etmək istəmir".

Xatırladaq ki, fevralın 28-dən bəri ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində regionda vəziyyət kritik həddə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.