Stalini tədbirlərdə əvəz edən oxşarı görün kim İMİŞ?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
SSRİ-də və Rusiyada onilliklərlə sovet rəhbəri Stalinin oxşarı olması barədə şaiyələr gəzib. Deyilirdi ki, həmin oxşar müəyyən situasiyalarda onu əvəz edirmiş.
Milli.Az xəbər verir ki, Stalinin vəfatından illər sonra həmin adam danışmağa qərar verib.
Keçmiş rəqqas və jonqlyor Feliks Dadayev Kremldə Stalinin dublyoru kimi çalışıb. "Xalqlar atası"nın vəfatından ötən 50 ildə o ölüm cəzası alacağı qorxusundan danışmayıb. Amma qoca yaşlarında danışmağa qərar verib.
2008-ci ildə, 88 yaşlı Dadayev öz tərcüməyi-halını yazıb. Orada deyilir ki, Dadayev Stalinin oxşarı olmuş 4 nəfərdən biri olub. O, Stalini kortejdə, mitinqlərdə və kinoxronika kadrlarında əvəz edib.
Feliks Dadayev Dağıstanın dağ kəndində anadan olub. Daha sonra onun ailəsi Çeçenistana, Qroznıya köçüb. Burada balet dərsləri alıb.
İkinci dünya müharibəsi başlayanda döyüşə gedib və 1942-ci ildə Qroznının azad edilməsi zamanı ağır yaralanıb. Ailəsinə ölüm xəbəri verilib. O, xəstəxanaya çatdırılan 7 nəfərdən sağ qalan yeganə əsgər olub.
Bu "ölüm" onun qəribə ikili həyatının başlanğıcı olub. Onun 60 yaşlı Stalinə heyrətamiz oxşarlığı sovet kəşfiyyat agentlərinin diqqətini çəkib. Kəşfiyyat bu oxşarlıqdan istifadə etməyə qərar verib. Məqsəd Stalini sui-qəsd cəhdlərindən qorumaq və bezdirici kütləvi tədbirlərdə iştirakdan canını qurtarmaq idi.
Dadayev 20 yaşında Stalindən cavan olsa da, müharibə gərginliyi və qrim onu 60 yaşlı Rəhbərə oxşadırdı.
"Biz müharibədə o qədər əzab çəkmişdik ki, yaşımdan çox böyük görünürdüm"-deyə Dadayev bildirib.
Stalinin şəxsi xahişi ilə öyrədilmiş Dadayev başında furajka, əyinində medallar olan şinel SSRİ üzrə keçirilmiş mitinqqlərdə, toplantılarda iştirak edib.
Dadayev Stalinin mimika, hərəkət və intonasiyalarını dəqiq təkrarlamaq üçün onunla bağlı filmlərə baxır, çıxışlarını dinləyirdi. Bir sıra məlumatlara görə, Dadayevlə təbliğat filmlərində Stalin rolunu oynayan aktyor Aleksey Dikiy məşq edib.
O zaman üçün Stalinin danışıq intonasiyasını ideal şəkildə imitasiya etmək o qədər də ehtiyac yox idi. Zahiri görkəmi və manerası bəs edirdi. Dadayev Stalini o qədər dəqiq imitasiya edirdi ki, hətta Rəhbərin ən yaxın adamları belə onu həqiqi Stalindən ayıra bilmirdilər.
"Makiyaj və təlimdən sonra mən tam olaraq Stalinə oxşayırdım. Təkcə qulaqlarım fərqli idi, balaca idi".
Stalinin digər oxşarı adı "Rəşid" kimi qeyd olunan şəxs olub. Rəşid Stalinə o qədər oxşayırmış ki, ordu sıralarına gələndə onu dərhal xaric etmişdilər.
Rəşid təsdiq edirmiş ki, NKVD-də (KQB) Stalinin digər oxşarları da çalışıb. Özü onlarla heç vaxt görüşməyib.
Onun sözlərinə görə, 1940-50-ci illərdə Stalinin bağ malikanəsində yaşayan daha bir oxşarı olub. 1953-cü ildə Stalin vəfat etdikdən sonra Rəşid ucqar əyalət şəhərlərinin birinə köçüb, bığlarını qırxıb və tədricən saçları tökülüb. Hətta belə vəziyyətdə belə onun Stalinə hədsiz oxşarlığına görə, adamlar küçədə ayaq saxlayıb ona baxırdı./AzPost.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Trampla Paşinyan arasında telefon danışığı olub
-
Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
XƏBƏR LENTİ
-
Dünəndən qalan plovu isidərkən iki dəfə düşünün
-
Matcha içməyin çağırışı edildi
-
Çox ləzzətli məzə resepti
-
Sumaq ədviyyatını yeməklərdə istifadə etməyin incəlikləri
-
0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər
-
Bişən yumurtaya nə üçün bir damla sirkə əlavə edilir?
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb





