Mədəniyyət

Unudulmaz tarzən və pedaqoq Sərvər İbrahimovun xatirə gecəsi keçirilib - FOTO

16 Mart 2026 17:23
Baxış: 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində (BMM) "Unudulmayanlar" layihəsi çərçivəsində Əməkdar artist, ustad tarzən və pedaqoq Sərvər İbrahimovun xatirə gecəsi keçirilib.

Gecədə BMM-nin direktoru, Əməkdar artist , Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə çıxış edərək Sərvər İbrahimovun tar ifaçılığı sənətində əvəzsiz rolundan söz açıb. Bildirib ki, unudulmaz tarzən həm ifaçı, həm də pedaqoq kimi yeni nəsil musiqiçilərin yetişməsində xüsusi rol oynayıb.

Xatirə gecəsində həmçinin Xalq artisti, professor Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Kurmanqazı adına Qazax Milli Konservatoriyasının fəxri professoru Valeh Rəhimov Sərvər İbrahimovla bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, unudulmaz tarzən təkcə ifaçılığı ilə deyil, pedaqoji fəaliyyəti ilə də musiqi irsimizin gələcək nəsillərə çatdırılmasında əvəzsiz xidmətlər göstərib. Mahir pedaqoq, milli musiqimizin incəliklərinə dərindən bələd olan musiqi xadimi hörmətlə anılan tarzənlərdəndir. Tanınmış tarzən və xanəndələrin ifası ilə davam edən gecədə sənətkarın oğlu İbrahim İbrahimov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Gecədə bu il 75 illik yubileyini qeyd edən tarzən Valeh Rəhimova BMM-in rəhbərliyi adından təbrik məktubu təqdim olunub.

Bədii hissədə Xalq artisti Malik Mansurov, tarzənlər Ələsgər Məmmədov, Rövşən Qurbanov, Kamal Nuriyev, Rüfət Həsənov, xanəndələr Günay İmamverdiyeva, Vüsal Qasımov və Yusif Cəfərbəyli çıxış ediblər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, balabanda Rəfael Əsgərov, qanunda Təranə Əliyev (Əməkdar artist) və nağarada Amil Mustafayev müşayiət edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.