Hadisə, Kriminal

Kişi keçmiş sevgilisinin üzərinə yandırıcı maddə tökdü

16 Mart 2026 17:30
Baxış: 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi rayonunda qadının üzərinə kimyəvi maddə tökərək ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 15-də Binəqədi rayonu 28 May qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü qadın dayanacaqda olarkən əvvəllər münasibətdə olduğu 1986-cı il təvəllüdlü Alim Babayev tərəfindən üzərinə kimyəvi yandırıcı maddə tökülüb. Nəticədə qadın üz və sol qol nahiyəsindən yanıq xəsarətləri alıb.

Cinayəti törədib hadisə yerindən qaçan həmin şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.