Azərbaycanda xəstəxana direktoru cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Quba Rayon Mərkəzi Xəstəxanasında yoxlama aparıb.
Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, xəstəxana rəhbərliyi barəsində idarəetmə qaydaları əleyhinə olan inzibati xəta - yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlı protokol tərtib olunub.
Protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilib və işə məhkəmədə baxılıb. Araşdırma zamanı məlum olub ki, xəstəxana binası yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin edilməyib. Bundan başqa, obyektin elektrik naqilləri Elektrik Qurğularının Quraşdırılması Qaydalarına (EQQQ) uyğun çəkilməyib.
Elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətinin yoxlanılması ilə bağlı akt da tərtib edilməyib. Eyni zamanda, obyektin tikintisində istifadə olunan taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması barədə sənəd təqdim olunmayıb. Bina norma və standartlara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və ümumilikdə binada cəmi bir ədəd odsöndürən balonun olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə "Quba Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Əliyar Sərvərov İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 manat məbləğində cərimə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
-
Abituriyentlərin 38.4%-i 200-dən az bal topladı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
XƏBƏR LENTİ
-
Sözü imzadan daha dəyərli olan 3 kişi bürcü: Bu bürclər etibarın rəmzidir
-
"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
-
Turistləri "peşman edən" yerlər: Dünyanın ən çox xəyal qırıqlığı yaradan 10 mərkəzi
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Kenan Doğulu narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Dünyanın ən hündür binası taxtdan endirilir: "Ciddə Qülləsi" həftədə 4 metr yüksəlir
-
Yasamalda küçədə bıçaqlanan şəxs dünyasını dəyişdi (Foto)
-
İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - Yenilənib (Foto)
-
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
-
Erdem Kaynarca TRT-nin serialından qovuldu
-
Yol tikintisində yeni dövr: Şüşə qırıntıları asfalta qarışdırılacaq
-
Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO
-
Günün qoroskopu: İntuisiyanız bu gün sizə yol göstərəcək
-
Laçin Ceylan "Kızılcık şerbeti"ndə - (Foto)
-
Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı
-
"Qalatasaray"da Virgil van Dayk üçün geri sayım
-
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
-
İngiltərədə qatarlar toqquşdu
-
Culfa sakini dəm qazından ölüb
-
Mingəçevirdə qaz olmayacaq





