Yol tikintisində yeni dövr: Şüşə qırıntıları asfalta qarışdırılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Samoada sındırılmış şüşə butulkalar yol tikintisində istifadə olunan asfalt qarışığında qiymətləndirilir. "Glassphalt" (şüşə-asfalt) adlanan bu üsul əvvəlcə yollardakı çuxurların təmiri zamanı sınaqdan keçirilib, daha sonra isə rəsmi pilot proqramına daxil edilib. Layihə şüşə tullantılarını azaltmağı və asfalt istehsalında istifadə olunan bəzi təbii materialları təkrar emal olunmuş şüşə ilə əvəz etməyi hədəfləyir.
Milli.Az xəbər verir ki, tədqiqat Samoa Tullantıların İdarə Edilməsi Assosiasiyası və yerli tikinti şirkəti olan "R&R Construction"ın əməkdaşlığı ilə aparılır. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən dəstəklənən layihə çərçivəsində şüşə qırıntıları müxtəlif nisbətlərdə asfalt qarışığına əlavə olunur və onun keyfiyyəti izlənilir. İlk sınaqlar poliqon girişindəki yollarda uğurla həyata keçirilib.
Mütəxəssislər bildirirlər ki, şüşə qatqılı asfaltın bir sıra üstünlükləri ola bilər:
Belə asfaltın çatlamalara qarşı daha dözümlü olduğu düşünülür.
Şüşə qırıntılarının yola daha çox sürtünmə qazandıraraq onu daha az sürüşkən etməsi gözlənilir.
Bu üsulla yüzlərlə ton şüşə tullantısının zibilxanalara getməsinin qarşısı alınıb.
Samoadakı tullantı poliqonlarının tutumu dolmaq üzrədir, buna görə də şüşə butulkaların təkrar emal edilərək yol tikintisində istifadəsi həm tullantıların həcmini azaldır, həm də təbii xammal ehtiyatlarına qənaət etməyə imkan verir.
Bundan əlavə, layihə çərçivəsində şüşə tullantılarından beton bloklar, səki daşları və məzar daşları kimi müxtəlif məhsulların istehsalı da nəzərdə tutulur. Proqram həm də dövri iqtisadiyyatın inkişafına və gənclər üçün yeni iş yerlərinin açılmasına töhfə verir.
Rəsmilər bildirirlər ki, "glassphalt"ın uzunmüddətli nəticələri izlənilir və müsbət olarsa, bu üsul daha geniş ərazilərdə tətbiq olunacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Peruda güclü zəlzələ baş verdi
-
Tramp: İran bizim şərtlərimizi qəbul etmir
-
Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər
-
"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - (Video)
-
Rusiyanın atdığı raket Polşa ərazisinə düşdü – (Video)
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
XƏBƏR LENTİ
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)
-
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
-
"Tünzalə keçmişini unudandır" - Elza Seyidcahan
-
Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - Zaur Baxşəliyev
-
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
Səməd Həsənov vəfat etdi
-
Bruno Marsa ağır itki - (Foto)
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.
-
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir - (Foto)
-
Zeynalabdin Allahyarov həbs olundu
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb





