Ölkə

Təhsil ocaqları qışa tam hazırdır? – İstiliklə bağlı son vəziyyət açıqlandı

10 Dekabr 2025 16:43
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-2026-cı tədris ili üzrə istilik mövsümünə hazırlıq çərçivəsində Bakı və regionlarda ümumilikdə 1873 təhsil müəssisəsində (1500 ümumi, 373 məktəbəqədər) texniki işlər aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, son iki ildə ölkə üzrə əlavə olaraq 300-dən çox təhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib.

"Əlavə olaraq qeyd edək ki, alternativ yanacaq təminatı çərçivəsində 536 ümumi, 334 məktəbəqədər təhsil müəssisəsi üçün zəruri ehtiyacda odun və 408 ümumi, 197 məktəbəqədər təhsil müəssisəsi üçün isə pellet yanacağı təmin edilib.

Ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün regional təhsil idarələrinin müvafiq Çağrı Mərkəzləri ilə əlaqə yaratmaq mümkündür.

Regionlarda yaradılmış işçi qrupları istilik təminatı ilə bağlı mümkün problemlərin, eyni zamanda fövqəladə halların aradan qaldırılması və operativ həlli məqsədilə təlimatlandırılıblar".

Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.