Mədəniyyət

Bakı Musiqi Akademiyasında P.İ.Çaykovskinin 185 illiyinə həsr olunmuş təntənəli konsert və sərgi keçirilmişdir - FOTO

30 May 2025 13:11
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi rus bəstəkarı P.İ.Çaykovskinin 185 illiyinə həsr olunmuş təntənəli konsert və sərgi keçirilmişdir.

Bayram konsert axşamı Bakı ictimaiyyəti üçün dahi bəstəkarın ölməz əsərlərini bir daha dinləmək və sənətindən zövq almaq imkanı yaratdı.

Tədbirin bədii rəhbəri və aparıcısı - sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina, tamaşaçılara Çaykovskinin dünya musiqi sənətindəki əhəmiyyəti, akademik musiqinin inkişafına verdiyi töhfə, gələcək nəsil bəstəkarlarına təsiri və konsert zamanı səslənən əsərlərin üslub xüsusiyyətləri haqqında ətraflı məlumat vermişdir. 

Konsert proqramında dahi bəstəkarın solo və ansambl, vokal və instrumental əsərləri Azərbaycanın Əməkdar Artisti Anton Ferştandt, beynəlxalq müsabiqələr laureatları - Adil Axundov, Yuliya Heydarova, Züleyxa Abdullayeva, Lala Muxtarova, Nərgiz Kəngərli, Dilarə Kərimova, Zöhrə Salamova, Kamilə İmanova, Elyar Əliyev, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının tələbələri, eləcə də Bakı şəhəri Müqəddəs Baş Mələk Mixail Kilsəsinin xoru (xor hərəkatının Əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi ilə) ifalarında səslənmişdir. 

Bayram tədbiri çərçivəsində təşkil olunan Rusiya Milli Musiqi Muzeyinin "Çaykovski. Sənətkar olmaq xoşbəxtliyi" adlı sərgisi, bəstəkarın özü üçün xüsusilə əhəmiyyətli saydığı bir məqamı - öz istedadı ilə ölkəsinə və cəmiyyətə xidmət etmək missiyasını əks etdirdi. Sərgidə Çaykovskinin əsərlərinin ifalarına dair afişalar, proqramlar, müxtəlif fotoşəkillər, not nəşrləri, kostyum və dekorasiya eskizləri nümayiş olunurdu. Ən qiymətli eksponatlar isə Çaykovskinin əksər məşhur əsərlərinin müəllif əlyazmaları olmuşdur.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri M.N.Yevdokimov, diplomatik dairələrin nümayəndələri, elmi və yaradıcı ictimaiyyətin üzvləri, ictimai təşkilatlar və soydaşlar iştirak etmişdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.